Katya Lel Azərbaycan xalqına müraciət edib - FOTO - VİDEO

Katya Lel Azərbaycan xalqına müraciət edib - <font color=red>FOTO - VİDEO</font>
# 05 yanvar 2011 13:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bir neçə il davam edən fasilədən sonra yanvarın 30-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək rusiyalı müğənni Katya Lel çıxışından əvvəl Azərbaycan xalqına müraciət edib. APA-nın məlumatına görə, sənətçi Heydər Əliyev Sarayına göndərdiyi video çəkilişində Azərbaycan xalqı qarşısında çıxış edəcəyindən məmnun olduğunu bildirib və pərəstişkarlarını bu konsertə dəvət edib: “Azərbaycanda verəcəyim konsertdə hər birinizi görmək arzusundayam. Sizləri orada görməyə çox şad olacağam. Bu konsert mənim üçün çox önəmlidir. Yanvarın 30-da sizləri gözləyirəm”. Katya Lel çıxışında Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə də təbrik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR