Heydər Əliyev Sarayında “Yeni il şənliyində qış möcüzəsi” adlı dörd günlük konsert keçirilib

Heydər Əliyev Sarayında “Yeni il şənliyində qış möcüzəsi” adlı dörd günlük konsert keçirilib
# 05 yanvar 2011 13:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Heydər Əliyev Sarayında 2-5 yanvarda Yeni il bayramı münasibətilə xüsusi proqram təşkil edilib. APA-nın məlumatına görə, “Yeni il şənliyində qış möcüzəsi” adı altında baş tutan konsertdə “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Səyyah”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri çıxış edib.

Konsertdə sarayda yeni istifadəyə verilən LED ekranlardan da istifadə edilib. Proqram başlamazdan əvvəl uşaqlar darıxmasınlar deyə ekranda (HD formatda) cizgi filmləri göstərilib. Saray rəhbərliyi LED ekranlar üçün Moskvadan xüsusi kompüter effektləri sifariş ediblər. Sarayın foyesində animatorlar olub və uşaqlar tanınmış cizgi filmləri qəhrəmanları tərəfindən qarşılanıblar. Yeni ilin atributları sayılan Şaxta Baba və Qar qız da uşaqları təbrik edənlər sırasında olub. Konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şousu da təşkil edilib.

Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçılarının ailələri, Ramana, Zabrat, Maştağa, Mərdəkanda yerləşən uşaq evlərinin, eləcə də Daun sindromlu psixi nevroloji dispanserin sakinlərinə yerlər verilib. Hər gün 100 yer sözügedən uşaqlar üçün ayılıb və onlara saray tərəfindən hazırlanan xüsusi hədiyyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR