“Eurovision-2011”-in hər iki yarımfinalına bilet satışına yanvarın 18-19-da başlanacaq – FOTO

“Eurovision-2011”-in hər iki yarımfinalına bilet satışına yanvarın 18-19-da başlanacaq – <font color=red>FOTO </font>
# 07 yanvar 2011 15:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinin hər iki yarımfinalına bilet satışına yaxın zamanlarda başlanacaq. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, mayın 10-u Düsseldorf Arenada baş tutacaq I yarımfinal konsertinin biletləri yanvarın 18-də, mayın 12-də keçiriləcək II yarımfinalın biletləri isə bir gündən sonra satışa çıxarılacaq. Yarımfinalların biletlərinin qiyməti yerindən asılı olaraq 29-119 avro arasında olacaq. www.dticket.de saytından isə artıq bu gündən etibarən biletləri bron etmək mümkündür. Artıq mayın 14-də keçiriləcək final mərhələsinin bütün biletləri bütünlüklə satılıb.
Qeyd edək ki, hər bir yarımfinal mərhələsində finala keçmək uğrunda 19 ölkə yarışacaq. Ümumilikdə “Eurovision -2011” yarışmasında 43 ölkə mübarizə aparacaq. Həmin ölkələrdən böyük dördlükdə olan 4 və ötən ilin qalibi olan 1 ölkə birbaşa finalda yarışacaq. Hər yarımfinaldan 10 ölkə finalda çıxış etmək şansı qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR