Bu gün “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnıların qəbuluna başlanılıb – FOTO

Bu gün “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnıların qəbuluna başlanılıb – <font color=red>FOTO </font>
# 11 yanvar 2011 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün mahnıların qəbuluna start verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictiamiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov APA-ya açıqlamasında bildirib ki, yanvarın 11-dən, yəni bu gündən etibarən mahnı qəbulu elan edilib. Bu müsabiqəyə təqdim olunan mahnının müddəti “Eurovision” müsabiqəsinin şərtlərinə uyğun olaraq 3 dəqiqədən çox olmamalıdır. T. Məmmədov qeyd edib ki, mahnıların qəbulu proesesi bir ay davam edəcək: “Fevralın 11-nə kimi müsabiqə üçün musiqi yazan bəstəkarlar mahnılarını İTV-yə ərizə formasında, və ya [email protected] email ünvanına göndərə bilərlər. Bu müsabiqə eyni zamanda xarici bəstəkarlar üçün də keçərlidir. Biz müsabiqəyə mahnı yazılması müraciətini yayda etmişik. Bu gün isə bu mahnıların qəbuluna start verdik”.

Qəbulun ilk günü olduğu üçün hələ müsabiqəyə mahnı təqdim edən olmayıb. Mahnı qəbulu başa çatdıqdan sonra isə artıq peşəkar münsiflərin rəyi ilə təqdim olunan musiqilər arasından “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı müəyyən olunacaq.

Bu müsabiqəyə təqdim olunan mahnı bu tarixədək heç bir yerdə səslənməməlidir. Eyni zamanda ərizə verənlər mahnının sözlərini də ora əlavə etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR