Bu gün “Eurovision-2011” müsabiqəsi üçün milli finala vəsiqə qazanacaq 5 ifaçının adı məlum olacaq – FOTO

Bu gün “Eurovision-2011” müsabiqəsi üçün milli finala vəsiqə qazanacaq 5 ifaçının adı məlum olacaq – <font color=red>FOTO </font>
# 14 yanvar 2011 10:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin son final mərhələsinə vəsiqə qazanacaq beşlik müəyyənləşəcək. APA-nın məlumatına görə, hazırda 9 ifaçı beşliyə düşmək şansı əldə etmək üçün mübarizəsini davam etdirir. Bu həftənin bazar ertəsindən etibarən 9 ifaçı münsiflər heyəti və tamaşaçılar qarşısında öz istedad və bacarıqlarını bir daha göstərib. Bu gün isə 9 ifaçının son çıxışı və ifaçılar arasından finala vəsiqə qazanacaq 5-nin adı məlum olacaq. Milli seçimlərin finalının ilk mərhələsi də münsiflərin və tamaşaçıların 50/50-yə səsverməsi ilə seçiləcək.

Tamaşaçı səsverməsinə görə dörd gün müddətində öndə olan ifaçılar İlqarə Kazımova, İlhamə Qasımova, Eldar Qasımov olub. Ötən günün nəticələrinə əsasən 1-ci yerdə İlqarə İbrahimova, 2-ci yerdə İlhamə Qasımova, 3-cü yerdə Arzum Xəlilova, 4-cü yerdə Eldar Qasımov, 5-ci yerdə Aynişan Quliyeva, 6-cı yerdə Nurlan Növrəsli, 7-ci yerdə Çingiz Mustafayev, 8-ci yerdə Nigar Camal, 9-cu yerdə isə Günay İbrahimli idi. Bu gün sonuncu səsverməsi münsiflərin səsi ilə birgə açıqlanacaq. Növbəti mərhələyə vəsiqə qazanan 5 ifaçı fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulan final konsertində çıxış edəcək və Azərbaycanı “Eurovision-2011”də təmsil edəcək ifaçı məhz bu 5 ifaçı arasından seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR