“Eurovision-2011”də Azərbaycan təmsilçisinin təyin edilməsi üçün keçirilən milli seçimlərin finalında mübarizə aparacaq beş ifaçının adı açıqlanmayıb - FOTOSESSİYA

“Eurovision-2011”də Azərbaycan təmsilçisinin təyin edilməsi üçün keçirilən milli seçimlərin finalında mübarizə aparacaq beş ifaçının adı açıqlanmayıb - <font color=red>FOTOSESSİYA </font>
# 14 yanvar 2011 22:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin son final mərhələsinə vəsiqə qazanacaq beşliyin siyahısı məlum olmayıb. APA-nın məlumatına görə, beşliyin bu gün açıqlanacağı bəyan edilsə də bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) canlı yayımlanan ilkin final mərhələsində təmsilçilik uğrunda yarışacaq beş ifaçının adı bir neçə gündən sonra açıqlanacağı bəyan edilib. Bu isə canlı yayım zamanı zalda əyləşən tamaşaçıların narazılığına səbəb olub. Bu günün aparıcıları sonda tamaşaçının səslərini açıqlasalar da, münsiflər heyətinin səsinin bu gün deyil, daha bir neçə gündən sonra məlum olacağını nəzərə çatdırıblar. Buna səbəb kimi isə İTV-nin tamaşaçıları intizarda saxlamaq niyyətində olduğu göstərilib. Hətta qeyd olunub ki, son hesablamalar onların əlində olduğu təqdirdə bu nəticələr açıqlanmayacaq. O da bildirilib ki, finala keçən beş ifaçının adı yaxın üç gün müddətində İTV-nin Xəbərlər verilişində açıqlanması nəzərdə tutulur.
Yanvarın 14-də baş tutan finalın ilk mərhələsinin son günündə 9 ifaçının hər biri yenidən öz perfomanslarını nümayiş etdiriblər. Tamaşaçı səsverməsinə görə, İlhamə Qasımova 1-ci, İlqarə İbrahimova 2-ci, Nurlan Növrəsli 3-cü, Arzum Xəlilova 4-cü, Aynişan Quliyeva 5-ci, Eldar Qasımov 6-cı, Çingiz Mustafayev 7-ci, Nigar Camal 8-ci, Günay İbrahimli isə 9-cu olub. Münsiflər heyətinin qərarından sonra bu nəticələr dəyişə bilər. Bu sırada 1-ci və 2-ci yerdə olan İlhamə Qasımova və İlqarə İbrahimova bu yarışmada rekord səs toplayıblar. Belə ki, hər iki ifaçının tamaşaçı tərəfindən əldə etdiyi sms-in sayı 30 mindən artıqdır.
Növbəti mərhələyə vəsiqə qazanan 5 ifaçı fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulan final konsertində çıxış edəcək və Azərbaycanı “Eurovision-2011”də təmsil edəcək ifaçı məhz bu 5 ifaçı arasından seçiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR