Azərbaycan təmsilçisinin müəyyənləşəcəyi final konserti “Eurovision” müsabiqəsinin rəsmi internet saytında canlı yayımlanacaq

Azərbaycan təmsilçisinin müəyyənləşəcəyi final konserti “Eurovision” müsabiqəsinin rəsmi internet saytında canlı yayımlanacaq
# 15 yanvar 2011 10:46 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-ya verilən məlumata görə, Azərbaycanın milli final konsertini “Eurovision-2011” müsabiqəsində iştirak edən 43 ölkə canlı izləyəcək. Məlumatda o da bildirilib ki, bu şans Avropa Yayım Birliyi tərəfindən hər iştirakçı ölkəyə verilmir. Ancaq üç illik təmsilçilik dövründə özünü layiqli təqdim edən Azərbaycan bu şansı qazanıb.

Onu da bildirək ki, Azərbaycanın mötəbər müsabiqədə təmsilçisinin seçilməsi üçün xüsusi final konserti hazırlanacaq. Finalın fevralın 2-də - Gənclər Günündə keçirilməsi gözlənilir. Artıq təmsilçinin seçilməsi üçün keçiriləcək final konsertinin münsiflər heyəti də müəyyənləşib. Ancaq müsabiqənin qaydalarına zidd olduğu üçün münsiflər heyətinin siyahısı açıqlanmır.

Qeyd edək ki, “Eurovision-2011” mahnı müsabiqəsi Düsseldorf (Almaniya) şəhərinin “Düsseldorf Arena”sında keçiriləcək. Müsabiqənin yarımfinalları 10 və 12 may, finalı isə 14 may tarixində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR