İTV “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən tamaşaçı səsverməsindən əldə etdiyi gəliri açıqlayıb

İTV “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən tamaşaçı səsverməsindən əldə etdiyi gəliri açıqlayıb
# 17 yanvar 2011 16:30 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında İctimai Teleradionun İctimaiyyətlə əlaqə və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov deyib. Onun sözlərinə görə, bu məbləğ həmin proqramın bir günlük yayımının xərclərini belə ödəmir: “Burada bizim biznes marağımız yoxdur, sadəcə, istəyimiz auditoriyanın səsvermədə iştirakını təmin etməkdir”. Heç bir telekanalda SMS yarışmasından əldə olunan gəlir açıqlanmadığı halda, İctimai Teleradionun bunu etməsinə gəlincə, T.Məmmədov qeyd edib ki, hər kəs bir iddia ilə çıxış etməyə başlayıb: “Bu eyhamlara cavab olaraq biz öz prinsiplərimizə sadiq olduğumuzu nümayiş etdirdik. Görəndə ki, hərə öz arşını ilə ölçür, biz də nümunə üçün öz meyarlarımızı xatırlatdıq”.

T. Məmmədov finala çıxan beş ifaçının adının həftəsonu açıqlanmamasına da aydınlıq gətirib: “Bir çoxlarının düşündüyündən fərqli olaraq bizim də qazancımız bax, budur. Bu, yeni metod deyil. Tamaşaçılar, jurnalistlər, bütün maraqlı tərəflər intizarla gözləyir və bu informasiyanı əldə etməyə çalışır. Məncə bir PR vasitəsi kimi pis işləmədi. “Carçı” proqramının bu gün saat 20:00-da efirə gedəcək buraxılışında finalçıların adları açıqlanacaq”.

Milli seçimlərin final konsertinin nə zaman keçiriləcəyinə gəlincə, şöbə müdiri qeyd edib ki, bu məsələ hələ müzakirə olunur və yaxın vaxtlarda tam dəqiqliyi ilə məlumat veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR