Dünya şöhrətli dj David Vendetta ilk dəfə Bakı səhnəsində çıxış edəcək

Dünya şöhrətli dj David Vendetta ilk dəfə Bakı səhnəsində çıxış edəcək
# 21 yanvar 2011 10:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dünyanın tanınmış dj-i David Vendetta və dj Micah Azərbaycanda xüsusi şou-proqramla çıxış edəcəklər. İki tanınmış dj-in Bakı səhnəsində çıxışı fevralın 11-nə planlaşdırılır.

“Buta Palace”ın təşkilatçılığı ilə elə bu səhnədə keçiriləcək şou-proqramda azərbaycanlı dj Mansur da çıxış edəcək. “Buta Palace”dan APA-ya verilən məlumata görə, yalnız bir gün nəzərdə tutulan proqramda şou, rəqslər, sürpriz hədiyyələr nəzərdə tutulur. David Vendettanbın Bakıda ilk çıxışının biletləri 50-100 manat arasında satışa çıxarılıb.

Qeyd edək ki, dünya şöhrətli David Vendettanın Azərbaycanın xalq artisti Alim Qasımovla birgə hazırladığı “I’m your Goddess” layihəsi bütün dünyaya səs salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR