Eldar Qasımov “Ogae Azerbaijan Award 2011”in qalibi olub

Eldar Qasımov “Ogae Azerbaijan Award 2011”in qalibi olub
# 22 yanvar 2011 16:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparan 5 ifaçıdan biri olan Eldar Qasımov “Ogae Azerbaijan Award 2011”in qalibi olub. APA-nın məlumatına görə, Azərbaycanın “Eurovision” üzrə rəsmi fan-klubu olan “Ogae Azerbaijan” tərəfindən elan olunmuş səsvermədə ən çox səsi E. Qasımov toplayıb.

“Ogae Azerbaijan”ın saytında aparılan səsvermədə 10 yarımfinalçı – İlhamə Qasımova, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova, Nigar Camal, Nurlan Növrəsli, Çingiz Mustafayev, Günay İbrahimli, Nikola Barklay, Arzum Xəlilova iştirak edib. E. Qasımov digər 9 ifaçını gedirə qoyaraq “Ogae Azerbaijan Award 2011” mükafatının sahibi olub.

E. Qasımov bu mükafatı qazandığı üçün çox sevindiyini söyləyib: “Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm. Mənə inananların, dəstək olanların ümidini puç etməyəcəyəm. Məni birinci etdiyinizə görə təşəkkür edirəm. Bu, mənim üçün çox vacibdir”.

Mükafatın təqdimatının fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR