“Eurovision-2011”-də Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçiriləcək final mərhələsində üç iddiaçı yarışacaq

“Eurovision-2011”-də Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçiriləcək final mərhələsində üç iddiaçı yarışacaq
# 25 yanvar 2011 10:47 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsini müdiri Tahir Məmmədov APA-ya bildirib ki, yanvarın 28-də, yəni cümə günü final konsertində təmsilçilik adı uğrunda yarışacaq üç ifaçının adı məlum olacaq. T.Məmmədov deyib ki, finalçılar İctimai Teleradionun “Eurovision Azərbaycan” verilişində canlı yayımda məlum olacaq. Finalçılar İlhamə Qasımova, Aynişan Quliyeva, Eldar Qasımov, İlqarə İbrahimova və Nigar Camal arasından seçiləcək.

Xatırladaq ki, yanvarın 24-dən etibarən İctimai Teleradionun canlı efirində 56-cı “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparan ifaçılar üçün yeni mərhələ başlayıb. Hər gün bir ifaçı bir saat ərzində istedad və bacarığını bir daha nümayiş etdirir, peşəkar musiqiçilər tərəfindən qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR