“Eurovision-2011”də Azərbaycanı təmsil etmək iddiasında olan üç finalçı xüsusi hazırlıq kursu keçəcək

“Eurovision-2011”də Azərbaycanı təmsil etmək iddiasında olan üç finalçı xüsusi hazırlıq kursu keçəcək
# 26 yanvar 2011 10:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2011” yarışmasında Azərbaycan təmsilçiliyi uğrunda mübarizə aparacaq üç ifaçı final konserti üçün ciddi hazırlıq keçəcək. APA-nın məlumatına görə, bu hazırlıq prosesi İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşlıq etdiyi şirkətlər tərəfindən aparılacaq. Üç finalçı üçün vokal, rəqs dərsləri keçiriləcək, eləcə də onların psixoloji hazırlığına kömək ediləcək.

Xüsusi hazırlıq kursunun ən azı 10 gün davam edəcəyi gözlənilir. Belə olduğu halda “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin adının açıqlanması fevralın ortalarında gerçəkləşə bilər.

Xatırladaq ki, ötən il həyata keçirilən milli seçimlərdə də sona qalan üç finalçı Ukraynada xüsusi hazırlıq kursu keçmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR