Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etməyə namizəd Eldar Qasımov xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın nəticəsidir – FOTO

Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etməyə namizəd Eldar Qasımov xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın nəticəsidir – <font color=red>FOTO </font>
# 26 yanvar 2011 11:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanın “Eurovision-2011”də təmsilçiliyi mənə həvalə olunsa, Avropaya özümü tamamilə fərqli göstərəcəyəm. Mən bunun üçün var gücümlə çalışacağam. Özümə inanıram və ümid edirəm ki, təmsilçi olacağım təqdirdə bütün səyimi ortaya qoyub müsabiqənin 2012-ci ildə Azərbaycanda keçirilməsinə nail olacağam”. Bu sözləri APA-ya açıqlamasında “Eurovision-2011”də Azərbaycan təmsilçiliyi uğrunda mübarizə aparan ifaçı Eldar Qasımov deyib. Ötən gün canlı yayımda bir saatlıq konsert proqramı ilə çıxış edən E. Qasımov, öz ifasında “Adagio” əsərini daha çox bəyəndiyini qeyd edib. Yarışmaya qatılmağın çox məsuliyyətli bir qərar olduğunu açıqlayan namizəd, münsiflər heyətinin rəyi ilə milli finala vəsiqə qazanacağına ümid etdiyini vurğulayıb: “Əgər Düsseldorf səhnəsində çıxış etmək mənə nəsib olsa, o zaman dünyanın ən xoşbəxt insanı olaram. Bu gün mən təmsilçi olsam necə çıxış edəcəyimi demək də çətinlik çəkirəm. Ancaq onu bilirəm ki, Avropanı heyrətləndirməyə, daha fərqli perfomans nümayiş etdirməyə çalışacağam. “Eurovision” yarışmasını izləyəndən sonra bu müsabiqədə çıxış etmək arzusunda olmuşam. Ötən il seçimlərə qatıldım, ancaq məsuliyyətsizlik etdiyim üçün sona kimi gedə bilmədim. Seçimlərə qatıldığım gündən əvvəlki axşam dostlarımla ad günü qeyd etdik, sözsüz ki, bu da səhəri günü çıxışıma ciddi təsir etdi və yaxşı çıxış edə bilmədim. Amma bu il daha fərqli və məsuliyyətli yanaşdım. Ciddi yanaşdığım üçün də bu gün finaldayam və heç zaman məsuliyyətsizlik etmərəm”.
E. Qasımov söhbət əsnasında onu da deyib ki, o, görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə ilə xalq artisti Mərziyə Davudovanın nəticəsi, xalq artisti Firəngiz Şərifovanın nəvəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR