İlqarə İbrahimova: “Aygün Kazımovanın qızı olmaq mənim üçün ikiqat məsuliyyətdir” – FOTO

İlqarə İbrahimova: “Aygün Kazımovanın qızı olmaq mənim üçün ikiqat məsuliyyətdir” – <font color=red>FOTO </font>
# 27 yanvar 2011 12:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Özümə üç finalçı arasında olmağı arzu edirəm. Əgər üçlüyə düşsəm çox şad olaram”. Bunu APA-ya açıqlamasında Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etmək iddiasında olan beş finalçıdan biri İlqarə İbrahimova deyib: “Sevinirəm ki, solo karyerama məhz “Eurovision”dan başlamışam. Bu mənim üçün çox böyük məktəbdir”.

Çəkisinin milli seçim dövründə 15 kiloqramdan artıq azaldığını deyən İ. İbrahimova anasının ona plastik əməliyyat olunmağa icazə vermədiyini də qeyd edib: “20 yaşım olduğundan mən də arıqlama prosesi gec gedir. Mənim dietoloqum var və hər gün menyu tərtib edilir. Gündəlik olaraq idmanla, fitneslə məşğul oluram. Yəni, çəki atmaq üçün plastik əməliyyatdan istifadə etməmişəm. Gün ərzində 5 saat vokal dərsi alıram, vaxtın necə gəlib keçdiyin belə bilmirəm. Bu sənəti çox sevirəm və bu sənətdə olduğum üçün xoşbəxtəm”.

İ. İbrahimova canlı yayımda ekspert qismində iştirak edən anası, xalq artisti Aygün Kazımova tərəfindən “4–“ qiyməti alan sənətçi, anasının onun çıxışına verdiyi qiymətdən pis olmadığını da vurğulayıb: “Anamın yanımda olması mənə güc verir. Mənə verdiyi qiymətdən özümü pis hiss etmədim, çünki anam mənə hər zaman doğru olanı deyir, yalan danışmağı xoşlamır. Heç zaman mənə məni tərifləyib deməz ki, “sən super oxudun”. Əksinə hər zaman məni tənqid edir”.
Xalq artisti A. Kazımovanın qızı olmağından qürur hissi keçirən gənc ifaçı, bunun ikiqat məsuliyyətli olduğunu da vurğulayıb: “Aygün Kazımovanın qızı olmaq mənim üçün ikiqat məsuliyyətdir. Onun qızı kimi hamı məni səhnədə izləyir ki, görsünlər mən necə perfomans göstərəcəyəm, özümü necə aparacağam. Əgər təmsilçilik şansı qazansam, bu yarışmaya baxan hər bir tamaşaçının yaddaşına həkk olunmaq istəyirəm. Mənim üçün əsas gözəl çıxış etmək, perfomans göstərməkdir. Gərək o səhnədə hər bir tamaşaçının ürəyinə yol tapmağı bacarasan və sadəcə, baxışlarla, ifa ilə müsbət kontakt yarada biləsən”.
İ. İbrahimova müsabiqəyə hazırlıq üçün psixoloq yanına getdiyini deyib: “Psixoloq məni psixoloji olaraq müsabiqəyə hazırlaşdırır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR