Azərbaycanı “Eurovision-2011”-də təmsil etmək uğrunda milli finalda beş iddiaçı mübarizə aparacaq

Azərbaycanı “Eurovision-2011”-də təmsil etmək uğrunda milli finalda beş iddiaçı mübarizə aparacaq
# 29 yanvar 2011 09:33 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədovun APA-ya verdiyi məlumata görə, solo konsertlər hər bir ifaçının səs və səhnə hazırlığını, həmçinin danışıq, ünsiyyət, xoreoqrafiya bacarığını daha yaxından izləməyə imkan verib. Hazırda isə final konsertinə hazırlıq gedir. T. Məmmədov final konsertinin tarixinin yaxın günlərdə açıqlanacağını bildirib. Münsiflər heyəti final günü 5 ifaçı arasından Azərbaycanın “Eurovision-2011”-də təmsilçisini müəyyən edəcək. Final mərhələsinin qalibi yalnız münsiflərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanı “Eurovision-2011”-də təmsil etmək uğrunda milli finalda Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaqlar. Əlavə edək ki, sona qalan 5 nəfər arasından yalnız 3-nün finala keçəcəyi, təmsilçinin də məhz həmin 3 ifaçı arasından seçiləcəyi açıqlansa da, sonradan bu variant dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR