Azərbaycanda keçirilən “Eurovision-2011” Milli Final mərhələsini internet vasitəsi ilə 80 ölkədən tamaşaçı izləyib

Azərbaycanda keçirilən “Eurovision-2011” Milli Final mərhələsini internet vasitəsi ilə 80 ölkədən tamaşaçı izləyib
# 15 fevral 2011 08:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda keçirilən “Eurovision-2011” Milli Final mərhələsini internet vasitəsi ilə 80 ölkədən tamaşaçı izləyib. APA-nın məlumatına görə, bu barədə Avropa Yayımları Birliyinin (EBU) Eurovision tədbirlər qurumundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə daxil olan təşəkkür məktubunda bildirilir. Məktubda deyilir ki, müsabiqənin yüksək səviyyədə təşkili ilə bağlı “Facebook”, “Twitter” kimi sosial şəbəkələrdə, həmçinin www.eurovision.tv internet saytında müsbət rəylər yerləşdirilib. Azərbaycan təmsilçilərinin Eurovision TV-də təbliği üçün xüsusi bloqun yaradılması təklif olunub və təmsilçilərimizin fanatları ilə ünsiyyət saxlaması, digər ölkələrin təmsilçililəri ilə müzakirələr aparması məqsədilə bloq yaradılacaq.

Xatırladaq ki, final konserti həmçinin Türkiyənin TRT, Gürcüstanın İctimai Televiziyası vasitəsilə bütün dünyaya yayımlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR