Düsseldorfda “Eurovision” şousunu izləmək üçün nəhəng ekran quraşdırılacaq

Düsseldorfda “Eurovision” şousunu izləmək üçün nəhəng ekran quraşdırılacaq
# 03 mart 2011 08:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsi üçün hazırlıq proesesinə başlanılıb. APA-nın məlumatına görə, Düsseldorfdakı Tusen göydələnində müsabiqəni izləmək üçün dünyanın ən böyük ekranı qurulacaq. Şou binanın 6.300 m2-lik fasadında quraşdırılan ekranında yayımlanacaq.

Görüntünun mümkün qədər keyfiyyətli olması üçün 30-dan çox video-projektordan istifadə olunacaq. Yaxşı hava şəraitində bu binanı Düsseldorfun hər yerindən görmək mümkündür. Tusen göydələni Düsseldorfun mərkəzində yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR