Macarıstan “Eurovision-2011” müsabiqəsində təmsilçsini müəyyənləşdirib – FOTO

Macarıstan “Eurovision-2011” müsabiqəsində təmsilçsini müəyyənləşdirib – <font color=red>FOTO </font>
# 10 mart 2011 09:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bir illik fasilədən sonra Macarıstan yenidən “Eurovision”a qayıdıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, ölkəni mayda Almaniyada keçiriləcək yarışmada Keti Volf təmsil edəcək. O, Düsseldorf səhnəsində “What About My Dreams” mahnısını oxuyacaq.

Keti Volf karyerasına “X-Factor” mahnı müsabiqəsinin macar versiyasında iştirakı ilə başlayıb. O, ifa edəcəyi mahnı haqqında belə deyir: ”What About My Dreams” mahnısı 80-ci illərin pop əhval-ruhiyyəsindədir. Bu mahnını çox sevirəm və ümid edirəm ki, “Eurovision”nun 100 milyona yaxın izləyicisi də bu mahnını çox bəyənəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR