“Eurovision-2011” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkənin təmsilçisi və mahnısı təsdiqlənib – SİYAHI - FOTOSESSİYA

“Eurovision-2011” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkənin  təmsilçisi və mahnısı təsdiqlənib – <font color=red>SİYAHI - FOTOSESSİYA</font>
# 14 mart 2011 09:10 (UTC +04:00)
Müsabiqənin iki yarımfinalı - mayın 10-u və 12-də, final mərhələsi isə mayın 14-də keçiriləcək.

Mayın 10-da keçiriləcək I yarımfinalda Azərbaycan, Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan yarışacaq.

Mayın 12-də keçiriləcək II yarımfinalda isə İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya mayın finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Hər yarımfinalda 19 ölkə yarışacaq və 10 ölkə finalda çıxış etmək şansı qazanacaq.

Böyük beşliyə daxil olan Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcək. Böyük Britaniya və İspaniya ilk yarımfinalı izləyə və səs verə, Fransa, Almaniya, İtaliya isə II yarımfinalı izləyə və səs verə biləcək.

“Eurovision-2011” müsabiqəsi Düsseldorfun “Fortuna Arena”da baş tutacaq. 56-cı dəfə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində ümumilikdə 43 ölkə iştirak etmək hüququ qazanıb. APA iştirakçı ölkələrin təmsilçiləri və ifa edəcəkləri mahnıların siyahısını və fotolarını təqdim edir:

I yarımfinal – 10 may

Ölkənin adı

Təmsilçinin adı

İfa olunacaq mahnı

Azərbaycan  

Ell&Nikki  

“Running Scared” 

Türkiyə  

“Yüksək Sadakat”  

“Live It Up” 

Albaniya  

Aurela Gaçe 

“Feel The Passion”  

Xorvatiya  

Daria Kinzer 

“Celebrate” 

Finlandiya  

Paradise Oskar 

“Da Da Dam” 

Gürcüstan

Eldrine 

“One More Day” 

Yunanıstan  

Loucas Yiorkas feat. Stereo Mike 

“Watch My Dance” 

Macarıstan  

Kati Wolf 

“What About My Dreams?” 

İslandiya  

Sigurjón’s Friends  

“Aftur Heim” 

Litva  

Evelina Sašenko  

“C’est Ma Vie” 

Malta  

Glen Vella  

“One Life” 

Norveç  

Stella Mwangi  

“Haba Haba” 

Polşa  

Magdalena Tul  

“Jestem” 

Portuqaliya  

Homens Da Luta  

“Luta É Alegria” 

Rusiya  

Aleksey Vorobyov  

“Get You” 

San-Marino  

Senit  

“Stand By” 

Serbiya  

Nina  

“Čaroban” 

İsveçrə  

Anna Rossinelli 

“In Love For A While”

Ermənistan  

Emmy  

“Boom Boom” 



II yarımfinal - 12 may

Ölkənin adı

Təmsilçinin adı

İfa olunacaq mahnı

Avstriya

Nadine Beiler 

“The Secret Is Love” 

Belarus

Anastasiya Vinnikova 

“Am Belarusian” 

Belçika

Witloof Bay  

“With Love Baby” 

Bosniya və Hersoqovina

Dino Merlin  

“Love In Rewind” 

Bolqarıstan

Poli Genova

“Na Inat” 

Kipr

Christos Mylordos  

“San Aggelos S’Agapisa” 

Danimarka

A Friend In London  

“New Tomorrow” 

Estoniya

“Getter Jaani” 

“Rockefeller Street” 

Makedoniya

Vlatko Ilievski  

“Rusinka” 

İrlandiya

Jedward 

“Lipstick” 

İsrail

Dana International

“Ding Dong” 

Latviya

Musiqq 

“Angel In Disguise” 

Moldova

Zdob și Zdub 

“So Lucky” 

Rumıniya

Hotel FM 

“Change” 

Slovakiya

TWiiNS 

“I’m Still Alive” 

Sloveniya

Maja Keuc 

“Vanilija” 

İsveç

Eric Saade  

“Popular” 

Niderland

3JS 

“Je Vecht Nooit Alleen” 

Ukrayna

Mika Newton 

“Angel” 



Birbaşa final mərhələsində iştirak edəcək ölkələr – 14 may

Ölkənin adı

Təmsilçinin adı

İfa olunacaq mahnı

Fransa 

Amaury Vassili 

“Sognu” 

Almaniya 

Lena 

“Taken By A Stranger” 

İtaliya 

Raphael Gualazzi  

“Follia D’Amore” 

İspaniya  

Lucía Pérez  

“Que Me Quiten Lo Bailao” 

Böyük Britaniya  

Blue  

“I Can” 



Xatırladaq ki, ötən il Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” mahnı müsabiqəsində Lena Mayer birincilik qazanıb. Azərbaycanı ötən il bu müsabiqədə təmsil edən Səfurə Əlizadə beşinci olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR