“Anadolu atəşi” Bakı səhnəsində çıxış edəcək
17 mart 2011 12:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin tanınmış rəqs qrupu olan “Anadolu atəşi” Bakı səhnəsində çıxış edəcək. Azərbaycanda da çox sevilən rəqs qrupunun konserti Heydər Əliyev Sarayında gerçəkləşəcək. Sarayın mətbuat xidmətindən APA-ya bildirilib ki, “Anadolu atəşi”nin konserti aprelin sonu üçün planlaşdırılır. Konsertdə rəqs qrupu yeni proqramla çıxışı gözlənilir.
Xatırladaq ki, bu, “Anadolu atəşi”nin Bakıda ilk konserti deyil. Bir neçə il bundan əvvəl sözügedən rəqs qrupu elə Bakının birinci səhnəsində yaddaqalan konsert proqramı ilə çıxış etmişdi.
Qeyd edək ki, 2001-ci ildə Türkiyədə fəaliyyətə başlayan "Anadolu atəşi"nin 175 nəfərdən ibarət heyəti var. Qısa müddətdə professionallığı və ifa tərzi ilə sənətsevərlərin diqqətini cəlb edən "Anadolu atəşi" 2002-ci ildə "Eurovision" yarışmasındakı çıxışından sonra məşhurluq qazanıb. Qrupun rəhbəri Mustafa Ərdoğandır.

Şou-biznes
İsveçrəli müğənni: Azərbaycan tanımaq istədiyim ölkələrdən biridir - MÜSAHİBƏ
12:06
17 sentyabr 2024
Məşhur amerikalı prodüserə qarşı cinsi zorakılıqla bağlı yeni ittihamlar irəli sürülüb
19:32
12 sentyabr 2024
Alla Puqaçova valideynlik hüququndan məhrum edilə bilər
13:58
6 sentyabr 2024
“Avroviziya 2025”in keçiriləcəyi şəhər məlum olub
12:50
30 avqust 2024