İbrahim Tatlısəs yenidən əməliyyat olunacaq

İbrahim Tatlısəs yenidən əməliyyat olunacaq
# 24 mart 2011 09:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. On gün əvvəl sui-qəsd nəticəsində başından güllə yarası alan məşhur türkiyəli sənətçi İbrahim Tatlısəs yenidən əməliyyat olunacaq. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, müğənni üzərində növbəti dəfə aprelin 5-də əməliyyat keçiriləcək.

Qeyd edək ki, İbrahim Tatlısəsin üzərində ilk cərrahiyyə əməliyyatı sui-qəsddən 1 saat sonra aparılıb. Əməliyyat zamanı onun parçalanmış kəllə sümükləri beynindəki şişin keçməsi üçün qarın boşluğuna yerləşdirilib. İkinci əməliyyat zamanı isə Tatlisəsin qarın boşluğundakı kəllə sümüklərini yenidən onun başına yerləşdirəcəklər. Əməliyyatın 8 saat davam edəcəyi açıqlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR