İbrahim Tatlısəsin səhhətində irəliləyiş olduğu açıqlanıb

İbrahim Tatlısəsin səhhətində irəliləyiş olduğu açıqlanıb
# 24 mart 2011 15:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Sui-qəsd nəticəsində başından yaralanan türkiyəli sənətçi İbrahim Tatlısəsin səhhətində irəliləyişin olduğu müəyyənləşib. Bu barədə sənətçinin müalicə olunduğu Acıbadem Maslak Xəstəxanası açıqlama yayıb. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, xəstəxananın baş həkimi, professor Çağlar Çuhadaroğlunun adından yayılan açıqlamada bildirilib ki, bu gün aparılan konsilium zamanı İ. Tatlısəsin səhhətində irəliləyişin olduğu müəyyənləşib. Artıq sənətçiyə yüngül və həzm olunması asan qidalar verilməyə başlanılıb, hərəkətləri hər gün artmaqdadır, o cümlədən fiziki və reabilitasiya müalicəsi də davam etdirilməkdir.
Bəzi mətbuat vasitələrində bildirilib ki, İ. Tatlısəsə silahlı hücum barədə məlumat verilməyib və ona avtomobil qəzası nəticəsində yaralandığı deyilib. İndiyə qədər həkimlər əsəb sarsıntısı keçirməməsi üçün odlu silahla yaralandığını İ. Tatlısəsdən gizlədiblər. Xəstəxana rəhbərliyi bu xəbərlərin əsassız və həqiqətə uyğun olmadığını bildirib: “İbrahim Tatlısəs ilk gündən ona qarşı sui-qəsd cəhdi edildiyini və açılan atəş nəticəsində yaralandığını bilir”.

Qeyd edək ki, İ. Tatlısəsin üzərində aprelin 5-də ikinci dəfə əməliyyat aparılacağı barədə məlumat açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR