Azərbaycanın “Eurovision-2011” təmsilçiləri promo-tur çərçivəsində Ukraynada çıxış ediblər

Azərbaycanın “Eurovision-2011” təmsilçiləri promo-tur çərçivəsində Ukraynada çıxış ediblər
# 15 aprel 2011 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu il Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək Eldar Qasımov və Nigar Camal promo-tur çərçivəsində Ukraynanın paytaxtı Kiyev şəhərində çıxış ediblər. APA-nın məlumatına görə, Eldar və Nigar çıxışlarında Düsseldorf Arenada ifa edəcəkləri “Running Scared” mahnısını da təqdim ediblər. Duet Ukrayna dinləyiciləri tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR