Mayın 1-də “Eurovision-2011” mahnı müsabiqəsinin əsas məşqləri başlayacaq – FOTOSESSİYA

Mayın 1-də “Eurovision-2011” mahnı müsabiqəsinin əsas məşqləri başlayacaq – <font color=red>FOTOSESSİYA </font>
# 20 aprel 2011 09:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 1-də Almaniyanın Düsseldorf şəhərində 56-cı “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkə təmsilçilərinin əsas məşqləri başlayacaq. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Eurovision-2011”in keçiriləcəyi “Fortuna Arena”da hazırlıq işləri tamamlanmaq üzrədir. Daha əvvəl futbol meydanı olan geniş sahədə qazon yığılıb, oturacaqlar xüsusi döşəmə ilə əvəzlənib, mətbuat mərkəzi hazırlanıb. 43 ölkə təmsilçisinin çıxış edəcəyi “Fortuna Arena”nın səhnəsi artıq tam hazır vəziyyətdədir.

Arena 54 400 tamaşaçı tutur. Ancaq müsabiqə üçün səhnə və texniki avadanlıqlar quraşdırıldıqdan sonra 24 400 yer qalıb. Mayın 10-da və 12-də yarımfinal, 14-də isə final konsertini 24 400 tamaşaçı canlı izləmək imkanı qazanacaq.

“Fortuna Arena” Düsseldorf beynəlxalq hava limanından 5 kilometr aralıda yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR