Rusiyanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi Azərbaycan xalqına Azərbaycan dilində müraciət edib

Rusiyanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi Azərbaycan xalqına Azərbaycan dilində müraciət edib
# 20 aprel 2011 14:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisi Aleksey Vorobyov Azərbaycan xalqına müraciət edib. APA-nın məlumatına görə, A. Vorobyov bu müraciəti Azərbaycanın müsabiqə üzrə rəsmi fan-klubu olan “Ogae-Azərbaycan”ın rəsmi internet saytı vasitəsilə Azərbaycan dilində səsləndirib.

Rusiyalı təmsilçi “Azərbaycan xalqından səs gözləyirəm” deyib. Sonra o, rus dilində Düsseldorf səhnəsində unudulmaz bir çıxış edəcəyinə ümid bəslədiyini söyləyib və bütün təmsilçilərə uğurlar arzulayıb. (A. Vorobyovun Azərbaycan xalqına müraciətinin video-rolikini yayımlayırıq).

Qeyd edək ki, rusiyalı təmsilçi müsabiqədə “Get You” mahnısı ilə çıxış edəcək. Mahnını Lady Gaganın hit mahnılarının müəllifi, eyni zamanda Jennifer Lopez, Enrike İqlesias, Şakira və digər məşhur sənətçilərlə əməkdaşlıq edən RedOne yazıb. Son iki ildə RedOne 6 dəfə “Gremmy” musiqi mükafatına nominant olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR