“Eurovision” üzrə Azərbaycanın təşkilat komitəsi: “Təmsilçilərimizin Ermənistanda çıxışla bağlı cavabı düzgün və yerində verilmiş cavabdır”

“Eurovision” üzrə Azərbaycanın təşkilat komitəsi: “Təmsilçilərimizin Ermənistanda çıxışla bağlı cavabı düzgün və yerində verilmiş cavabdır”
# 26 aprel 2011 13:48 (UTC +04:00)
APA Ukraynanın “Komsomolskaya Pravda” qəzetinə istinadən bildirir ki, bunu onlar ukraynalı oxucunun ““Eurovision-2011” Ermənistanda keçirilsəydi, ora gedərdinizmi” sualına cavab verərkən deyiblər. Azərbaycanın “Eurovision-2011” təmsilçiləri isə cavablarında “Biz həmişə bütün ölkələrdən olan dəvətləri gözləyirik. Musiqi və incəsənət milli məsələ deyil. Biz hər yerdə keçirilən konsertlərdə iştirak etməyə şad olardıq” bildiriblər.

Məsələ ilə əlaqədar olaraq “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın təşkilat komitəsindən APA-ya bildirilib ki, təmsilçilərin cavabı yerində və düzgün cavabdır: “Bu sual qaraşısında doğru cavab verilib. Musiqi və idman yarışları sərhəd tanımır. Bu cür yarışmalara siyasi don geyindirmək düzgün olmaz. Biz də bu kimi və digər yarışlarda qapımızı Ermənistanan açırıq. Qaldı ki, Eldar və Nigarın Ermənistanda çıxışına, bu təmsilçilər Düsseldorfda çıxış edəcəklər və başqa sözə ehtiyac yoxdur. Digər tərəfdən bu qərar tək təmsilçilər tərəfindən verilmir”.

Qeyd edək ki, N.Camal və E.Qasımov mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcəklər. Yarışmanın II yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR