Litvanın “Eurovision-2011”də təmsilçisi: “Running Scared” yaddaqalan bir mahnıdır və düşünürəm ki, o layiq olduğu diqqəti özünə cəlb edəcək” – FOTO

Litvanın “Eurovision-2011”də təmsilçisi: “Running Scared” yaddaqalan bir mahnıdır və düşünürəm ki, o layiq olduğu diqqəti özünə cəlb edəcək” – <font color=red>FOTO</font>
# 28 aprel 2011 14:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycan “Eurovision”da iştirak etdiyi ildən müsabiqəyə çox güclü təmsilçi və mahnılar göndərib. Hər il müsabiqəyə çox böyük hazırlıq işləri görür. Elə bu il də ənənəsinə sadiq qalıb. Bununla bağlı sizi təbrik edirəm. “Running Scared” yaddaqalan bir mahnıdır və düşünürəm ki, o layiq olduğu diqqəti özünə cəlb edəcək”. APA-nın məlumatına görə, bu sözləri Düsseldorfda start götürəcək Litvanın 56-cı “Eurovision” müsabiqəsindəki təmsilçisi Evelina Saşenko deyib. Təmsilçi Azərbaycanın müsabiqə üzrə rəsmi fan-klubu olan “Ogae Azərbaycan”a müsahibəsində ölkəmizlə bağlı fikirlərini bildirib: “Sözün düzü, Azərbaycanla bağlı çox məlumatlı deyiləm. Heç zaman çoğrafiya fənnini yaxşı oxumamışam. Sadəcə bilirəm ki, çox qəşəng ölkədir, orada qonaqpərvər xalq yaşayır. Bakı haqqında da çox gözəl sözlər eşitmişəm. Bakının çox gözəl şəhər olduğunu eşitmişəm. Bunu mənə Azərbaycanda olan dostlarım, məşhur musiqiçilər, eləcə də idmançılarımız deyiblər. Ümid edirəm ki, bir gün mən də Azərbaycana səfər edəcəyəm və hər şeyi gözlərimlə görəcəyəm”.

“Eurovision-2011” müsabiqəsində bir çoxları kimi litvalı təmsilçi də Fransanın mahnısını daha çox bəyənir: “Sözün düzü, favoritim yoxdur, amma Fransanın mahnısı mənim daha xoşuma gəlir. Musiqi zövqümə çox yaxın bir mahnıdır. Müsabiqəyə çox ciddi hazırlaşıram, hər gün məşq edirik. Polşadan prodüserlərlə əməkdaşlıq edirəm. Mənim üçün əsas iş odur ki, məhz vokal tərəfdən hazır olum, promo-turlar o qədər əhəmiyyət daşımır. Tam olaraq çıxışıma köklənmək istəyirəm. Yarımfinalda bacardığım qədər yaxşı çıxış edəcəyəm”.

Avropa ictimaiyyətini təəccübləndirməyin mümkünsüzlüyün qeyd edən Evelina Saşenko “heç kimi təəccübləndirməyi planlaşdırmıram” deyib: “ “Eurovision” tamaşaçılarını təəccübləndirməyin mümkünsüz olduğunu hesab edirəm, çünki onlar o qədər möhtəşəm, müxtəlif şoular görüblər ki, onları heç nəylə təəccübləndirmək olmaz. Ancaq səsim mənim silahımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR