Bu gün Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar Qasımov və Nigar Camal Düsseldorfda ilk məşqə çıxacaqlar

Bu gün Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar Qasımov və Nigar Camal Düsseldorfda ilk məşqə çıxacaqlar
# 02 may 2011 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camalın bu gün Düsseldorfun “Fortuna Arena”sında ilk məşqləri baş tutacaq. APA-nın məlumatına görə, Eldar və Nigar dueti, eləcə də nümayəndə heyəti ötən gecə müsabiqənin keçiriləcəyi Düsseldorf şəhərinə gediblər. Düsseldorf hava limanında Azərbaycan təmsilçilərini müxtəlif ölkələrin KİV nümayəndələri qarşılayıb. Avropa mediyası Eldar və Nigara onları maraqlandıran sualları ünvanlandırıb, təmsilçilərimizin maraqlı cavablarını alıblar.

Bu gün yerli vaxtla 18:00-da təmsilçilərimizin ilk məşqi keçiriləcək. Azərbaycan təmsilçilərinin ilk məşqindən dərhal sonra isə duetimizin ilk mətbuat konfransı baş tutacaq.

Düsseldorf “Fortuna Arena”sında “Eurovision-2011” müsabiqəsinin iştirakçıların məşqlərinə ötən gündən start verilib. Dünəndən etibarən də bir neçə ölkə təmsilçisi artıq bu səhnədə ilk məşqlərini ediblər. Ötən gün Türkiyəni müsabiqədə təmsil edən “Yüksək Sədakat” rok qrupunun da məşqləri, eləcə də mətbuat konfransları baş tutub.

Bu gün Azərbaycan təmsilçiləri ilə bərabər Malta, San-Marino, Xorvatiya, İslandiya, Macarıstan, Portuqaliya, Litva və Yunanıstan təmsilçilərinin də məşqləri başlayır. Mayın 1-dən Düsseldorfun “Fortuna Arena”sı, eləcə də xüsusi partilərin keçirilməsi üçün hazırlanan və 1200 nəfərlik tutumu olan “Eurodom”lar qoanaqların xitiyarına verilib.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri Eldar və Nigar mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcəklər. Təmsilçilərimiz “Running Scared” mahnısı ilə Avropa ictimaiyyəti qarşısında çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR