Rusiyanın ORT kanalında “Eurovision” müsabiqəsinə həsr olunmuş verilişdə Azərbaycanın adı Ermənistan bayrağı altında göstərilib - VİDEO

Rusiyanın ORT kanalında “Eurovision” müsabiqəsinə həsr olunmuş verilişdə Azərbaycanın adı Ermənistan bayrağı altında göstərilib - <font color=red>VİDEO</font>
# 14 may 2011 09:38 (UTC +04:00)
Düsseldorf. Ülkər Qasımova-APA. Rusiyanın ORT telekanalında yayımlanan “Pust qovaryat” verilişinin sonuncu nömrəsi “Eurovision-2011”a həsr olunub. APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, həmin veriliş Rusiyanın tanınmış aparıcısı Andrey Malaxovun aparıcılığı ilə baş tutub. Verilişdə bəzi xoşagəlməz məqamlar baş verib. Belə ki, proqramda “Eurovision-2011” müsabiqəsinin finalında çıxış edəcək ölkələrdən də bəhs edilib və hər ölkə təmsilçisinin ifasından fraqmentlər nümayiş etdirilib. Gözlənilməz olsa da, Azərbaycan təmsilçiləri Eldar və Nigarın ifasından fraqment nümayiş olunduqdan sonra, Azərbaycan adı Ermənistan bayrağı altında göstərilib.
Azərbaycan media mənsubları Rusiya nümayəndə heyətini xəbərdar etdikdən sonra, hazırda Düsseldorfda olan ORT-nin aparıcısı və Rusiyanın “Eurovision” üzrə şərhçisi Yana Çurikova bu məsələdən dolayı Azərbaycan xalqından üzr istəyib: “Bu məsələdən biz xəbərsizik və hər birinizdən üzr istəyirik. Bu hansısa bir montajçının diqqətsizliyidir və bundan Andrey Malaxov da xəbərsiz olub. Biz bu vəziyyəti düzəltmək üçün ORT-nin rəsmi saytında dəyişikliklər edəcəyik. Eyni zamanda bu yanlışlığa görə bu gün axşam canlı yayımda şərh zamanı Azərbaycan xalqından üzr istəyəcəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR