Türkiyə serialında Azərbaycanın “Eurovision-2011” təmsilçisinin jestinə cavab veriləcək

Türkiyə serialında  Azərbaycanın “Eurovision-2011” təmsilçisinin jestinə cavab veriləcək
# 17 may 2011 08:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın “Eurovision-2011” təmsilçilərindən biri Nigar Camalın qalibiyyətdən sonra, səhnəyə əlində Türkiyə bayrağı ilə çıxması jestinə, Türkiyənin ATV kanalında yayımlanan “Yaxşı Cazibe" serialının yaradıcı heyəti də biganə qalmayıb. Türkiyədə yaşayan azərbaycanlı aktrisa, sözügedən serialın Azərbaycan dili üzrə redaktoru Məlahət Abbasovanın APA-ya verdiyi məlumata görə, Nigarın Türkiyə bayrağını dalğalandırmasından sonra, serialın yaradıcı heyəti ssenaridə dəyişiklik etməyə qərar verib. Belə ki, ssenari növbəti - 45-ci bölümündə serialın qəhrəmanlarından biri Kamal digər iştirakçılarla birgə "Eurovision" qələbəsini birlikdə böyük sevinclə qeyd edəcək və Azərbaycanın 1,5 metrlik bayrağını dalğalandıracaqlar.

M. Abbasova bildirib ki, filmin yaradıcı heyəti Azərbaycan bayrağı əldə etmək üçün Azərbaycanın İstanbuldakı baş konsulluğa müraciət edib. Konsulluq onların istəyini artıq təmin edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR