“Eurovision-2011” müsabiqəsində ən çox tamaşaçı səsini Azərbaycan qazanıb - FOTO

“Eurovision-2011” müsabiqəsində ən çox tamaşaçı səsini Azərbaycan qazanıb - <font color=red>FOTO </font>
# 26 may 2011 08:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Avropa Yayım Birliyi (EBU) “Eurovision-2011” mahnı müsabiqəsi ilə bağlı münsiflər heyətinin və tamaşaçıların səsverməsini rəsmən açıqlayıb. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, açıqlanan nəticələrdə maraqlı məqamlar da var. “Eurovision-2011” müsabiqəsində tamaşaçı səsverməsinə görə ən çox balı Azərbaycan (223), münsiflər heyətinin səsverməsinə görə isə ən çox balı isə İtaliya (251) alıb. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal münsiflərdən 182 bal alıb. Bu nəticədən məlum olur ki, Azərbaycan məhz tamaşaçıların səsləri hesabına birincilik qazanıb. Azərbaycan ümumi hesablamalardan sonra 221 xalla 56-cı “Eurovision” müsabiqəsinin qalibi elan edilib.

Münsiflərdən yüksək bal alan ölkələr arasında Sloveniya (160), Avstriya (145), İrlandiya (119), Ukrayna (117), Serbiya (111), Gürcüstan (110), İsveç (106), Almaniya (104)da var.

Mayın 14-də keçirilən final mərhələsində münsiflərdən ən az balı Rusiya təmsilçisi Aleksey Vorobyov alıb. Münsiflər rusiyalı ifaçıya cəmi 25 bal veriblər. İspaniya isə münsiflərdən 38 bal qazanıb. “Eurovision-2011” müsabiqəsində tamaşaçılardan ən aşağı balı İsveçrə alıb. Tamaşaçılar İsveçrə təmsilçisinə 2 bal verməklə kifayətləniblər. Minsiflərdən 53 bal alan İsveçrə ümumi hesablamalardan sonra 19 balla builki müsabiqənin sonuncusu olub.
Müsabiqədə xallar peşəkar münsiflər heyəti və televiziya tamaşaçılar tərəfindən verilir. Bundan sonra verilən xallar hesablanır və top 10 müəyyənləşir. Müsabiqədə münsiflər heyəti və tamaşaçı səsi 50-50-yə hesablanır. Səsvermə hər zaman olduğu kimi bu il də Almaniyanın “Digame” şirkəti tərəfindən hesablanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR