“Eurovision” mahnı müsabiqəsinin internet saytı Azərbaycanın qələbəsinə uyğun dəyişdirilib – FOTO

“Eurovision” mahnı müsabiqəsinin internet saytı Azərbaycanın qələbəsinə uyğun dəyişdirilib – <font color=red>FOTO </font>
# 22 iyul 2011 14:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision” mahnı müsabiqəsinin internet saytı Azərbaycanın qələbəsinə uyğun dəyişdirilib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, artıq əsas sayt olan eurovision.tv Azərbaycanın bayrağının əks olunduğu “Eurovision” sözü ilə əvəzlənib. Bu hal hər il qalib ölkəyə uyğun olaraq dəyişdirilir. Saytın əsas səhifəsinin yuxarı hissəsində artıq “Eurovison Song Contest - Baku 2012” yazılıb. Saytın bu vəziyyəti növbəti il Azərbaycanda keçiriləcək “Eurovision” yarışmasında yeni qalib ölkənin seçilməsinə kimi davam edəcək. İl ərzində saytda əsas materiallar da Azərbaycanda müsabiqənin hazırlıq işləri ilə bağlı olacaq. Hər bir xəbər də isə “Eurovision Baku -2012” yazılacaq.

Qeyd edək ki, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı “Eurovision” yarışmasında Azərbaycan təmsilçiləri Eldar və Nigar birincilik qazanaraq Azərbaycana qələbə qazandırıblar. Növbəti il bu yarışmanın ev sahibliyini Azərbaycan həyata keçiriləcək. Müsabiqə Bakıda baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR