Emin Ağalarovun “After The Thunder” albomu Böyük Britaniyada satışa çıxarılıb

Emin Ağalarovun “After The Thunder” albomu Böyük Britaniyada satışa çıxarılıb
# 07 iyun 2012 11:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni və bəstəkar Emin Ağalarovun “After The Thunder” adlı yeni albomu artıq satışdadır. APA-nın məlumatına görə, Böyük Britaniyada hazırlanan albomun satış qiyməti 15.44 ABŞ dollarıdır. Albomun rəqəmsal növünü Rusiyanın “trava.ru” portalından əldə etmək mümkündür. Həmçinin, alboma daxil olan mahnıları “Yandex Music” vasitəsilə dinləmək, “Ozon”, “eBay” və “Amazon” internet mağazaları vasitəsilə də əldə etmək olar. “eBay” internet mağazasında albomun CD, DVD və PR versiyası 15.44 ABŞ dolları məbləğində satışdadır. Eminin yeni albomu, DVD və PR verisyası ilə yanaşı, müğənninin “Eurovision 2012” finalı şousundakı çıxışının yer aldığı disk 23.95 dollara satılır.

“After The Thunder” albomundakı mahnıların 11-i ingilis, 2-si rus dilindədir. Eminin yeni albomunda «Baby Get Higher», «Never Enough», «Heart Keeps Beating», «Oxygen», «Walk Thourgh Walls», «After the Thunder», «Beutiful Taboo», «Dead Roses» , «Better» və digər mahnıları yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR