Sərdar Ortaçın Bakı konserti təxirə salınmayacaq

Sərdar Ortaçın Bakı konserti təxirə salınmayacaq
# 08 iyun 2012 09:13 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Türkiyəli müğənni Sərdar Ortaçın atasının vəfatı onun Bakıdakı konsertinin təxirə salınmasına səbəb olmayacaq. Dünən Sərdar Ortaça baş sağlığı verdik”. Bunu APA-ya açıqlamasında Sərdar Ortaçın iyunun 23-də Bakıda Heydər Əliyev Sarayında konsertinin təşkilatçısı Nahid Emiloğlu deyib. O bildirib ki, müğənni ilə danışıqlar zamanı o konsertinin təxirə salınmayacağını deyib. Təşkilatçı müğənninin atasının vəfatı xəbərini eşidən tamaşaçıları narahat olmamağa çağırıb.

Qeyd edək ki, Sərdar Ortaçın Bakı konsertinin biletlərini paytaxtın mərkəzi kassalarında 65-250 manat arasında əldə etmək olar. Konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR