Moskvada “Afterparty Eurovision-2012” adlı xüsusi gecə keçirilib - FOTOSESSİYA

Moskvada “Afterparty Eurovision-2012” adlı xüsusi gecə keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 13 iyun 2012 07:43 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş "Afterparty Eurovision-2012” adlı xüsusi gecə keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni Emin Ağalarovun "Zafferano" restoranında keçirilən gecədə “Eurovision 2012”nin Rusiya təmsilçisi "Buranovskiye babuşki" qrupu, Azərbaycan təmsilçisi Səbinə Babayeva, "Eurovision-2011"nin qalibləri Eldar və Nigar, “Eurovision-2012”nin aparıcıları Leyla və Nərgiz, “Bolşoy Teatr”ın solisti Elçin Əzizov, eləcə də Emin Ağalarov iştirak ediblər.
Eldar və Nigar səhnədə “Runing scared” mahnısını oxuyublar. Daha sonra Eldar yeni “I’m Free” mahnısının akustik versiyasını təqdim edib. "Buranovskiye babuşki" qrupu isə “Eurovision-2012”də ifa etdikləri mahnını səsləndiriblər. Emin Ağalarov da “After Thunder” albomundan olan yeni hitləri ifa edib.
Gecənin dəvətliləri arasında Rusiyanın tanınmış simaları Nika Safranov, Dima Bilan, Dominik Joker, Vlad Lisoveç, Filipp Kirkorov, Andrey Malaxov, Yana Rudkovskaya və başqaları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR