Cennifer Lopez, Rihanna və Şakiranın Bakıdakı solo konsertlərinin biletləri iyunun 25-dən satışa çıxarılacaq

Cennifer Lopez, Rihanna və Şakiranın Bakıdakı solo konsertlərinin biletləri iyunun 25-dən satışa çıxarılacaq
# 13 iyun 2012 14:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan paytaxtında, “Baku Crystal Hall” səhnəsində konsert verəcək dünya şöhrətli müğənnilər Cennifer Lopez, Rihanna və Şakiranın solo konsertlərinin biletlərinin satış günü açıqlanıb. APA-nın məlumatına görə, konsertin təşkilatçısı “Universal Music Group” şirkətinin Azərbaycandakı nümayəndəsi “Omnikomo Music Group”un PR və marketinq direktoru Zaur Darabzadə deyib ki, hər üç konsertin biletləri iyunun 25-dən satışa çıxacaq və proses internet üzərindən həyata keçiriləcək: “Hər üç konsertə başqa ölkələrdən də tamaşaçıların gəlməsi üçün biletlər elektron formada satılacaq. Biletlərin qiyməti satıldığı gündən etibarən məlum olacaq. Azərbaycandakı konsertləri ilə bağlı müğənnilərlə iki ay danışıqlar aparılıb. Azərbaycan onlara ən yüksək beynəlxalq tədbirlərdən biri olan “Eurovision”un keçirildiyi ölkə kimi təqdim edilib.

Z. Darabzadə, Lopez, Rihanna və Şakiranın konsertləri üçün tələb etdikləri qonorarın sirr olduğunu söyləyib.

Tədbirdə Cennifer Lopezin Bakını salamlamasını və bu şəhərdə konsert verməkdən məmnunluğunu ifadə edən video-rolik nümayiş etdirilib və bildirilib ki, digər iki müğənni də Bakıdakı konsertləri ilə bağlı sosial şəbəkələrində yazacaqlar: “Ümid edirik ki, hər üç layihə olduqca uğurlu baş tutacaq”.

Qeyd edək ki, Cennifer Lopezin konserti sentyabrın 23-də, Rihannanın konserti oktyabrın 6-da, Şakiranın konserti isə oktyabrın 14-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR