Rihanna Bakı səhnəsində eksklüziv şou nümayiş etdirəcək

Rihanna Bakı səhnəsində eksklüziv şou nümayiş etdirəcək
# 16 iyun 2012 10:48 (UTC +04:00)
Müğənninin Bakıdakı konsertinin təşkilatçısı “Universal Music Group” şirkətinin Azərbaycandakı nümayəndəsi “Omnikomo Music Group” şirkətinin PR və marketinq direktoru Zaur Darabzadənin APA-ya verdiyi məlumata görə, Rihanna sosial şəbəkədə hər kəsi Bakıdakı konsertinə dəvət edib. O, statusunda konsertin anonsunu verib və Bakıya gələcəyindən qeyd edib.

Dünya şöhrətli müğənni xüsusilə Bakı tamaşaçısı üçün eksklüziv şou nümayiş etdirəcək. Müğənni ilə birgə Amerikadan Bakıya 80 nəfərə yaxın komanda üzvləri də gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR