“Eurovision 2012”nin qalibi Lorin qalib mahnısı “Euphoria”ya klip çəkdirir

“Eurovision 2012”nin qalibi Lorin qalib mahnısı “Euphoria”ya klip çəkdirir
# 16 iyun 2012 10:08 (UTC +04:00)
APA-nın eurovision.az saytına istinadən verdiyi xəbərə görə, müğənni artıq klip çəkilişlərinə başlayıb. Mahnının klipində Eurovision səhnəsindəki mistik əhval-ruhiyyə saxlanılacaq. Ona görə də ekran işinin çəkilişləri qaranlıq və sirli-sehrli əhval-ruhiyyə aşılayan məkanlarda aparılır. İfaçı klip çəkilişlərindən olan fotolarını sosial şəbəkədə pərəstişkarları ilə də paylaşıb.
Qeyd edək ki, "Euphoria" mahnısı “Eurovision” səhnəsindəki qələbədən sonra təkcə İsveçdə bir neçə saat ərzində 100 min nüsxədə satılıb. Mahnı Avropa musiqi aləmində hələ də birinciliyini qoruyur. Bunu nəzərə alan yaradıcı heyət mahnını tamaşaçılara klip versiyasında təqdim etməyi vacib sayıb. Klipin bir neçə həftədən sonra tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR