Eldar Qasımov Kiyevdə “Euro 2012” fan zonasında çıxış edəcək

Eldar Qasımov Kiyevdə “Euro 2012” fan zonasında çıxış edəcək
# 21 iyun 2012 15:19 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision 2011” müsabiqəsinin qalibi Eldar Qasımov Kiyevdə Müstəqillik Meydanında yerləşən “Euro 2012” fan zonasında çıxış edəcək. Bu barədə APA-ya məlumat verən E. Qasımov Kiyevdə “I’m Free” mahnısının akustik versiyasını ifa edəcəyini deyib.

İfaçı bu çıxışın onun üçün çox əhəmiyyətli olduğunu bildirib: “Etiraf edim ki, əvvəllər futbola baxmırdım. Mənim futboldan başım çıxmır, amma bu rəngli vərəqələrdən başım çıxır. İndi də mən ən sevdiyim şəhərlərdən birində, Kiyevdəyəm. Buraya mənə əziz olan insanlarla, futbol azarkeşləri və fanatlarımla görüşməyə gəlmişəm. Ukraynada onların sayı çoxdur və mən onlardan həmişə xoş sözlərlə dolu məktubları alıram. Gəlmişəm ki, böyük futbolun bir hissəsi olum. Ukraynanı sevirəm!”

Yeni mahnısı barədə fikirlərini bölüşən Eldar, bu janrın onun üçün yeni olduğunu qeyd edib: “Mənim üçün bu yeni layihədir. Heç vaxt bu üslubda mahnı ifa etməmişəm. İlk növbədə özümü başqa tərəfdən tanımaq istəyirəm”.

Mahnı Ell və AzeriLife Music Entertainment prodüser mərkəzi tərəfindən yazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR