Emin Ağalarovun Yaşıl Teatrda verəcəyi xeyriyyə konsertinin biletlərinin qiyməti açıqlanıb

Emin Ağalarovun Yaşıl Teatrda verəcəyi xeyriyyə konsertinin biletlərinin qiyməti açıqlanıb
# 29 iyun 2012 13:08 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İyulun 12-də Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni-bəstəkar Emin Ağalarov Bakıda Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək. Emin Ağalarovun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xeyriyyə məqsədli konsertin tamaşaçıları musiqiçinin “After the Thunder” albomuna daxil olan mahnıların və Bakıda keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsində Eminlə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olacaqlar. Bakıdakı növbəti konsertinə hazırlaşan Emin bunları deyib: “Mən dünyanın bir çox şəhərlərində çıxış edirəm, lakin Bakıdakı konsertlər həyatımda həqiqətən də böyük əhəmiyyət daşıyır. Dörd ildir ki, ifalarıma heç kimin laqeyd qalmaması üçün əlimdən gələni edirəm”.

Konsertin biletləri 20-300 manat arasında satışa çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Şou-biznes

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR