Rəqsanə: “Bacımın həbsdən azad edilməsi üçün heç bir addım atmayacağam”

Rəqsanə: “Bacımın həbsdən azad edilməsi üçün heç bir addım atmayacağam”
# 12 sentyabr 2007 15:02 (UTC +04:00)
Bacısının həbsini “oyun” adlandıran müğənni bu işin sonunu gözlədiyini bildirib: “Sonda hər şey açılacaq. Mənə bu qurğunu quran adam öz adını açıqladı, Təranə özü-özünü ifşa etdi. Təranə yalan danışır, bu məsələdə mənlik bir şey yoxdur, gələn həftənin dördüncü günü Moskvada toya gedəcəyəm. Mən telekanallara da çıxıram, şou proqramlarda da iştirak edirəm. Bütün günü telefonlarım dayamır, pərəstişkarlarım zəng edir. İndiyə qədər heç bir şeyi gizlətməmişəm. Açıq-saçıq daşnışmağım, əhatəmdə olan insanlardan heç nəyi gizlətməmək həmişə başıma bəla gətirib. Təranə deyir ki, mənim evimdə xarici vətəndaşlar görüb. Bəs bu vaxta kimi bunları niyə demirdi? Mənim ona borcum yoxdur, 24 min dolları kimə veribsə, gedib ondan da alsın. Bundan sonra prodüserim Rauf olacaq. Təranə bütün bunları Rauf mənim yanıma gəldiyi üçün elədi. Rauf gəldiyi gündən Təranə onu qarşıma ya onu, ya da Raufu seçməyimlə bağlı şərt qoyurdu. Rəqsanə bacısının həbsdən azad olunmasına çalışmadığını da deyib: “Mən bacımın həbsdən azad olunması üçün heç nə etməyəcəyəm. Qoy, özü qanun qarşısında cavab verib, hər şeyi həll etsin. Elladanın əri var, getsin qanun qarşısında özləri cavab versin. Məgər belə şeylər az olub? Min problem olur, heç kimin belə planı olmayıb. İndi hamı iş-gücünü atıb mənim sözümü danışır. Mən qadınam, atam, yoldaşım, qardaşım, arxamda güclü köməyim yoxdur. Hamı ilə tək savaşıram. Mən neyləmişəm ki? Mən heç kimin şəxsi həyatına qarışa bilmərəm. Hamının başına bu işlər gələ bilər. Xatirənin də adını hallandırırlar bu işdə. Xatirə ilə mənim sıx əlaqəm olmasa da, heç bir həmkarımın başına belə iş gəlməsini istəmirəm. İnsanın pis günündə onu vuranlar çox olur. Bu işin mənə heç bir aidiyyatı yoxdur. Guya Rəqsanəni Azərbaycandan qovsalar, hər şey düzələcək?”. Müğənni bacısının Türkiyədə bir neçə dəfə həbs olunması və bu ölkəyə girişinin 5 illik yasaqlanması ilə bağlı suala isə belə cavab verib: “Departasiya olunmaq tutulmaqla bağlı deyil ki. Moskvadan da çoxları deportasiya olunub, deyirlər get, 5 ildən sonra gələrsən”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR