Qorxmaz Əlili: “Həbs olunan Aygün Əlili mənim qohumum deyil”

Qorxmaz Əlili: “Həbs olunan Aygün Əlili mənim qohumum deyil”
# 26 sentyabr 2007 10:54 (UTC +04:00)
“Həbs olunan Aygün Əlilinin mənim qohumum olması barədə yazılanlar yalandan başqa bir şey deyil”. Bu açıqlamanı APA-ya şoumen Qorxmaz Əlili verib. O, mətbuatda insan alveri ilə məşğul olduğuna görə həbs edilən Aygün Əlilinin onun qohumu olması barədə xəbərləri təkzib edib: Mənim Solmaz adlı bir bacım var, 18 ildir müəllimə işləyir. Üç övladım var ki, onlar da hələ balacadır. Azərbaycanda Əliyev soyadlı bir milyondan artıq insan var. Atam mərd insan olub, soyadını, ocağını qoruyub və Əlili soyadını qoruyub. İndi yoldan keçən deyir ki, mən Əliliyəm. Məgər mənə şərəf gətirir bu cür məqalələrin dərci? Bilmirəm ki, bu məsələ nə zaman həll olunacaq ki, mən də alnı-açıq bu ölkədən çıxıb gedim”. O, son zamanlar Əliyev soyadlı insanların soyadlarını dəyişərək Əlili qoyması faktlarının artdığını deyib: “Atam bu soyadı 1916-cı ildən daşıyır, indi isə oğlum bu soyadı qoruyur. Çatan deyir ki, mən Əliliyəm. O zaman deyirdim ki, Əlili soyadını xırdalamayın, Əlili mənim ləqəbdir. Azərbaycanda əvvəllər Əlili familiyası olmayıb, Əlizadə, Əlixanlı, Əlioğlu olub, mənim atam isə Əlili olaraq qalıb. O zaman atam daşıdığı bu soyadla bağlı iranlı zənn edildiyi üçün min cür bəlalar çəkdi. 1938-ci ildə azərbaycanlı soyadını daşımayanlar təqib olunurdu, mənim atam 20-ci ildən 60-ci ilə kimi qorxu ilə yaşayıb ki, onu tutacaqlar. O zaman dedilər ki, Cabbarlı, Əlili, Hüseynli, Şıxlı, Kəsəmənli soyadları tanınmış şəxsiyyətlərə məxsusdur”. Qorxmaz Əlili həmsoyadlarının törətdiyi əməllərlə bağlı haqqında çox söz-söhbət çıxdığını deyib: “O gün qəzetdə çap ediblər ki, Əlili arvadını öldürüb. Qaynanam qaçaraq gəlib, elə bilib ki, nə isə olub”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR