Zülfiyyə Xanbabayeva yeni diskini qızının şərəfinə “Dəniz” adlandıracaq

Zülfiyyə Xanbabayeva yeni diskini qızının şərəfinə “Dəniz” adlandıracaq
# 07 noyabr 2007 14:20 (UTC +04:00)
Bu yaxınlarda ana olan əməkdar artist Zülfiyyə Xanbabayeva pərəstişkarlarının görüşünə yeni layihələrlə gələcək. Bu barədə APA-ya açıqlama verən sənətçi bildirib ki, bir müddət sənətdən ayrı düşsə də, artıq yeni albom üzərində çalışır. Hətta sənətçi yeni albomunu qızının şərəfinə “Dəniz” adlandırmağı düşünür: “Bir müddət yaradıcılıqla məşğul ola bilməyəcəyəm. Ancaq mən hər zaman yaradıcılıqda olacağam və yaxın müddətdə pərəstişkarlarımın görüşünə yeni albomla çıxacağam. Hazırda özümü fiziki cəhətdən iş prosesinə hazırlayıram”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR