“Qızıl duet” layihəsində dəyişikliklər olub

“Qızıl duet” layihəsində dəyişikliklər olub
# 09 noyabr 2007 14:41 (UTC +04:00)
Noyabrın 10-da üçüncü həftəsi baş tutacaq “Qızıl duet” layihəsində bir sıra yenilklər olub. “Lider” telekanalı ilə yayımlanan layihənin rəhbəri Ramiz Hüseynzadə APA-ya açıqlamasında bildirib ki, artıq iki həftədir həyata keçirilən müsabiqəyə yeni cütlük daxil olub. Bu sənətçi Çoşğun Viləş və aktrisa Könül Nizamqızı cütlüyüdür. Bununla yanşı müsabiqədə 94102 SMS nömrəsi altında çıxış edən Xatirə İslam-rejissor Kənan M.M cütlüyündə dəyişiklik olub. Belə ki, sabahdan Xatirə Kənan M.M-lə deyil, gənc bəstəkar Nazimlə birgə çıxış edəcək. Layihə rəhbəri Kənan M.M-in layihədən çıxmasının səbəbləri barədə ətraflı məlumat verməkdən imtina edib. Qeyd edək ki, layihədə “Şeron” qrupu aktrisa Vəfa Zeynalova ilə (SMS nömrəsi 94101), Xatirə İslam bəstəkar Nazimlə (SMS nömrəsi 94102), Nura Suri Kamal Cenk İçtenlə (SMS nömrəsi 94103), İzzət Bağırov aparıcı Elnarə ilə (SMS nömrəsi 94104), Xəyyam Nisanov rəqqasə Fatimə ilə (94105), Natəvan Həbibi Elməddin Cəfərovla (SMS nömrəsi 94106), Xuraman Şuşalı jurnalist Cavanşir Babəlloğlu ilə (SMS nömrəsi 94107), Günel Məhərrəmli meyxanaçı Elşən Xəzərlə (SMS nömrəsi 94108), Çoşğun Viləş aktrisa Könül Nizamqızı ilə (SMS nömrəsi 94109) duet ifa edəcək. Cütlüklərin ikinci duetləri sabah saat 10:00-da canlı olaraq efirə çıxacaq. “Azercell”in baş sponsorluğu, “Crea Producthion”un təşkilati dəstəyi ilə baş tutan layihəyə informasiya dəstəyi verən KİV-lər sırasında APA İnformasiya Agentliyi də var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR