Məhkəmə müğənni Yeganənin Azərbaycan xalqından üzr istəməsi və klipinin yayımının qadağan edilməsi barədə qərar çıxarıb

Məhkəmə  müğənni Yeganənin Azərbaycan xalqından üzr istəməsi və klipinin yayımının qadağan edilməsi barədə qərar çıxarıb
# 14 dekabr 2007 15:35 (UTC +04:00)
AMHA-nın hüquq şöbəsinin əməkdaşı Bəhram Məmmədovun APA-ya bildirdiyinə görə, agentliyin əsas iddiaları təmin edilib: “Qətnamədə deyilir ki, Mürsəlova Yeganə Mürsəl qızı ATV televiziyasında “Boylana-boylana” aşıq mahnısına çəkilmiş klipində “üzür” sözünü “süzür” kimi təhrif edib oxuduğu üçün Azərbaycan xalqından üzr istəməlidir. Məhkəmənin qərarı ilə “Boylana-boylana” aşıq mahnısına çəkilmiş klipin yayımına qadağa qoyulub”. B. Məmmədovun bildirdiyinə görə, məhkəmə Y. Mürsəlovanın folklor nümunəsini təhrif etdiyi üçün şərti maliyyə vahidinin yüz misli məbləğində kompensasiyanın dövlət büdcəsinə köçürməsi ilə bağlı AMHA-nın iddiasını təmin etməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR