Azərbaycan Triatlon Federasiyasına yeni vitse-prezident seçilib

Azərbaycan Triatlon Federasiyasına yeni vitse-prezident seçilib
# 01 oktyabr 2015 14:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Triatlon Federasiyasının İcraiyyə Komitəsinin I iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan tədbirdə ATF-nin rəhbər postlarına seçkilər baş tutub.  

 

İclasda Rüstəm İbrahimov yekdilliklə federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Qurumun baş katibi postu isə Cavid Axundzadəyə həvalə edilib.

 

Tədbirdə, həmçinin Azərbaycanda triatlon tarixində ilk peşəkar klub – “BukuTriClub”u yaradılıb. Bu komanda da artıq Avropa Triatlon İttifaqının bayrağı altında təşkil olunan yarışlara qatıla bilər.

 

Qeyd edək ki, ATU-nun prezidenti Azər Məhərrəmovdu. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR