Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 99,7 mln. manat və ya 1,35% artaraq 2017-ci ilin martın 1-nə 7 511,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, yanvar ayı ilə müqayisədə fevralda bankların xarici borclanması 560,4 mln. manat və ya 6,94% azalıb.
Ümumiyyətlə, 2017-ci ilin əvvəli ilə müqayisədə bankların xarici borcları 286,5 mln. manat və ya 3,96% artıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin martın 1-nə 3 876 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3 474,4 mln. manat və ya 47,27% azalıb. Məcmu xarici aktivlərin həcmində bu ilin yanvar ayı ilə müqayisədə fevralda 137 mln. manat və ya 3,41%-lik azalama baş verib.