"Bank of Baku" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin III rübündə 549,542 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,03% azdır.
"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 41,6% azalaraq 287,633 mln. manat olub.
Hesabat dövründə depozit portfeli 24,5% azalaraq 293,861 mln. manat, öhdəliklərin həcmi isə 15,7% azalaraq 498,990 mln. manat olub.
Bir il ərzində bankın məcmu kapitalı 46,2% azalaraq 60,117 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 52 mln. 870 min manat təşkil edib.