"MTV Video Music Awards" mükafatının builki qalibləri açıqlanıb

"MTV Video Music Awards" mükafatının builki qalibləri açıqlanıb
# 13 sentyabr 2021 09:47 (UTC +04:00)

"MTV Video Music Awards 2021" mərasimində builki mükafatın qalibləri məlum olub.

APA-nın məlumatına görə, 2021-ci ilin ən yaxşı klipi reper Lil Nas X-ın "Montero (Call Me By Your Name)" mahnısının videosu seçilib.

"MTV Video Music Awards" mükafatının qalibləri:

- ilin videosu – "Montero (Call Me By Your Name)" (Lil Nas X);

- ilin ifaçısı – Justin Bieber;

- ilin mahnısı – "drivers license" (Olivia Rodrigo);

- ən yaxşı yeni sənətçi – Olivia Rodrigo;

- ən yaxşı "Push" ifaçısı (MTV-nin proqramı) – Olivia Rodrigo;

- ən yaxşı əməkdaşlıq – Doja Cat feat. SZA ("Kiss Me More").

Xatırladaq ki, 2020-ci ildə ən yaxşı video "The Weeknd"in "Blind Lights" videosu seçilmişdi. Həmin il Lady Gaga ən yaxşı ifaçı nominasiyasını qazanmışdı, ilin mahnısı isə "Rain On Me" (Lady Gaga və Ariana Grande dueti) seçilmişdi.

Qeyd edək ki, "MTV Video Music Awards" – 1984-cü ildə MTV tərəfindən təsis olunan musiqi kliplərinin illik mükafatlandırma mərasimidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR