Bakıda “Bayram yarmarkası” ilə əlaqədar yol bağlanıb

Bakıda “Bayram yarmarkası” ilə əlaqədar yol bağlanıb
# 13 mart 2015 09:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda daha bir yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, "Bayram yarmarkası" ilə əlaqədar olaraq General Akim Abbasov küçəsinin Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsindən Mirəli Seyidov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Nazim Hikmət küçəsindən istifadə etmələri tövsiyə olunur. Yarmarka mart ayının 19-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR